Quba Yardımçı Təcrübə Təsərrüfatı

Quba YTT 1932-ci ildə bağçılıq dayaq məntəqəsi bazası üzərində təşkil olunmuşdur. Stansiyasnın təcrübə bazası 43 hektar sahədən ibarət olub, şəhərin daxilində və bir hissəsi şəhərdən kənarda - altı müxtəlif torpaq sahəsində yerləşmişdir. Bu sahə bütövlüklə meyvə bağları altında idi.

⭐️

Connect to Content

Add layers or components to make infinite auto-playing slideshows.

Göyçay Dayaq Məntəqəsi

Azərbaycan Subtropik Bitkilər Təcrübə Stansiyasının Dayaq Məntəqəsi kimi 1936-cı ildən yaradılmış, Məntəqəyə 97 ha, o cümlədən 81 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi təhkim edilmiş, hazırda fəaliyyətini nar, xurma, innab, əncir və digər subtropik bitkilərinin seleksiyası və sortöyrənilməsi üzrə tədqiqat işləri aparılır.

⭐️

Connect to Content

Add layers or components to make infinite auto-playing slideshows.

Qəbələ Dayaq Məntəqəsi

1971-ci ildə yaradılmış, Azərbaycan SSRİ Nazirlər Sovetinin 9 aprel 1971-ci il tarixli 81 saylı sərəncamına əsasən Məntəqəyə 50.0 ha, o cümlədən 49.0 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi ayrılmış, tumlu və qərzəkli meyvə bitkilərinin sortöyrənilməsi üzrə tədqiqat işləri aparılır.

⭐️

Connect to Content

Add layers or components to make infinite auto-playing slideshows.

Lənkəran Çay Filialı

Əsası 1926-cı ildə rütubətli subtropik bitkilər bölməsi kimi qoyulmuş, Azərbaycan SSRİ Xalq Torpaq Komissarlığının 29 saylı əmri ilə 13 noyabr 1928-ci ildə Lənkəran Meşəçilik Təcrübə Stansiyası kimi yaradılmışdır.

1939-cu ildə Ümumittifaq Elmi-Tədqiqat Çay və Subtropik Bitkilər İnstitutunun filialı kimi (Az. filial) fəaliyyətə başlamışdır. Hazırda Az.ETB və SBİ-nin Lənkəran Çay və Sitrus Bitkiləri üzrə filialı kimi fəaliyyətini davam etdirir. Ayrı-ayrı illərdə bu struktur vahidinə A.İ.Luaşenko, M.A.Babayev kimi elm adamları rəhbərlik etmişlər.

 

Çay və sitrus bitkilərinin seleksiyasi şöbəsi

Çay və sitrus bitkilərinin seleksiyası şöbəsi 1945-ci ildən etibarən fəaliyyət göstərir və müxtəlif illərdə bu struktur vahidinə A.İ.Luaşenko, M.A.Babayev kimi elm adamları rəhbərlik etmiş və meyvə bitkiləri üzrə seleksiya tədqiqatları aparmışlar.

 

Çay və sitrus bitkilərinin becərmə texnologiyasi şöbəsi

Çay və sitrus bitkilərinin becərmə texnologiyası şöbəsi 1945-ci ildən etibarən fəaliyyət göstərir və müxtəlif illərdə bu struktur vahidinə B.A.Babayev, F.A.Quliyev, Q.A.Talıblı kimi alimlər rəhbərlik etmiş və   aqrotexniki becərmə tədbirlər sistemini işləyib hazırlamışdılar.

⭐️

Connect to Content

Add layers or components to make infinite auto-playing slideshows.

Zaqatala Dayaq Məntəqəsi

Azərbaycan SSRİ Nazirlər Sovetinin 22 yanvar 1959-cu il 29 saylı sərəncamı, Azərbaycan SSRİ Xalq Təsərrüfatı Şurası Ərzaq Malları Sənaye İdarəsinin 28 yanvar 1959-cu il 26 saylı əmri və Azərbaycan SSRİ Kənd Təsərrüfatı Elmlər Akademiyasının 9 fevral 1959-cu il tarixli 176 saylı əmrinə  əsasən Azərbaycan ETBÜ və SBİ-ə verilmişdir. Dayaq Məntəqəsinin 62,7 ha, o cümlədən 56.0 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi vardır. Qərzəkli meyvə bitkilərinin sortlarının öyrənilməsi və seleksiyası üzrə tədqiqat işləri aparılır.

⭐️

Connect to Content

Add layers or components to make infinite auto-playing slideshows.

Abşeron Təcrübə Stansiyası

 Əsası 1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun Mərdəkan quru subtropik bitkilər üzrə bölməsi kimi qoyulmuş, 16 mart 1936-cı il tarixdən ÜBİ-nin Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyası kimi fəaliyyətini davam etdirmişdir. 1944-cü ildə həmin stansiyanın bazasında Azərbaycan Elmi-Tədqiqat Çoxillik Əkmələr İnstitutu yarandıqdan sonra fəaliyyətini dayandırmışdır. Azərbaycan SSR Kənd Təssərrüfatı Nazirliyinin 5 may 1968-ci il tarixli 327 saylı əmri ilə Az.ETBÜ və SBİ-nin Quba Meyvə-Giləmeyvə Təcrübə Stansiyası Mərdəkana köçürülmüş və adı dəyişdirilərək Şellak və Quru Subtropik Bitkilər üzrə Abşeron Təcrübə Stansiyası adlandırılmış və hazırda Quru Subtropik Bitkilər üzrə Abşeron Təcrübə Stansiyası kimi fəaliyyətini davam etdirir.

Ayrı-ayrı illərdə bu struktur vahidinə T.M.Tağıyev, T.Y.Hacıyev  kimi elm adamları rəhbərlik etmişlər. Hal-hazırda Abşeron TS-nın rəhbəri a.e.ü.d. S.T. Mehdiyevdir.

 

Subtropik və qərzəkli meyvə bitkilərinin seleksiyası şöbəsi

Subtropik və qərzəkli meyvə bitkilərinin seleksiyası şöbəsi 1968-ci ildən etibarən fəaliyyət göstərir və müxtəlif illərdə bu struktur vahidinə T.M.Tağıyev, T.Y.Hacıyev  kimi elm adamları rəhbərlik etmiş və meyvə bitkiləri üzrə seleksiya tədqiqatları aparmışlar.

 

Subtropik və qərzəkli meyvə bitkilərinin becərmə texnologiyasi şöbəsi

Subtropik və qərzəkli meyvə bitkilərinin becərmə texnologiyası şöbəsi 1968-ci ildən etibarən fəaliyyət göstərir və müxtəlif illərdə bu struktur vahidinə Q.P.Jiqareviç, Ə.N. Yusifov, Z.H.Abbasova kimi alimlər rəhbərlik etmiş və   aqrotexniki becərmə tədbirlər sistemini işləyib hazırlamışdılar.

⭐️

Connect to Content

Add layers or components to make infinite auto-playing slideshows.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu