"Fındıq məhsulunun qurudulması qaydaları, aflatoksin maddəsinin təyini" mövzusunda onlayn təlim keçirilib

2024 M05 10

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Molekulyar biologiya laboratoriyasının müdiri Aytac Əsgərova tərəfindən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin mütəxəssislərinə "Fındıq məhsulunun qurudulması qaydaları, aflatoksin maddəsinin təyini" mövzusunda onlayn təlim keçirilib. Təlimdə fındıq bitkisinin budama üsulları, suvarma qaydaları, xəstəlik və zərərvericilərinə qarşı mübarizə ilə yanaşı fındıq bitkisində yaranan aflatoksin maddəsi və onun təsirləri haqqında məlumat verilib və instititutun Molekulyar biologiya laboratoriyasında aparılan aflatoksin maddəsinin analizi prosesi izah olunub. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Əsas səhifə