
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları şəhid məzarını ziyarət ediblər.
2025 M04 23
Bu gün, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızdan biri olan şəhid baş gizir Səbuhi Əliyevin mövlud gününü qeyd etmək üçün məzarını ziyarət ediblər.
Səbuhi Əliyev 1993-cü il aprelin 23-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. O, 2020-ci ilin Vətən müharibəsində iştirak edib və 44 günlük döyüşlərdə göstərdiyi igidliklə yadda qalıb.
2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda həyata keçirilən uğurlu lokal antiterror əməliyyatında şəhadətə ucalan qəhrəman şəhidimiz ölümündən sonra Vətən uğrunda medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif olunub.
Şəhid Səbuhi Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Əsas səhifə