Rusiya Federasiyası Kazan Aqrar Dövlət Universitetinin nümayəndələri Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna səfər ediblər.

2024 M10 18

Rusiya Federasiyası Kazan Aqrar Dövlət Universitetinin nümayəndələri Qalina Abramova və Zifa Salixova 4 günlük təcrübə mübadiləsi məqsədilə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna səfər ediblər. İnstitutun direktoru İlham Qaraqurbanlı qonaqlarla görüş keçirib və Azərbaycanda meyvəçilik və çayçılıq üzrə aparılan elmi tədqiqatlar haqqında məlumat verib. Elmi işlər üzrə direktor müavini Sevil Süleymanova institutun fəaliyyəti haqqında mütəxəssilərə məlumat verib. Daha sonra qonaqlar institutun istixana kompleksi və laboratoriyalarında həyata keçirilən prosessləri əyani olaraq müşahidə edib və öz təcrübələrini bölüşüblər.

Əsas səhifə