Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna ekskursiya təşkil olunub.

2025 M04 21

Quba şəhər Azad Məmmədov adına 2 nömrəli məktəb-liseyin 7-ci sinif şagirdləri Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna ekskursiya ediblər. Ekskursiyanın əsas məqsədi şagirdlərin kənd təsərrüfatı sahəsində biliklərini artırmaq, elmi-tədqiqat müəssisələrinin fəaliyyəti ilə yerindəcə tanış olmalarını təmin etməkdir. Ekskursiya zamanı şagirdlərə institutun tarixi, əsas fəaliyyət istiqamətləri, aparılan elmi-tədqiqat işləri və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib. Həmçinin qonaqlar institutun istixana kompleksi və laboratoriyalarında həyata keçirilən prosessləri əyani olaraq müşahidə ediblər. Sonda məktəbin müəllim və şagird kollektivi institut rəhbərliyinə yaradılan şəraitə və səmərəli təşkil olunmuş ekskursiyaya görə təşəkkürlərini bildiriblər.

Əsas səhifə