
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Aqrar Biznes Festivalında iştirak ediblər
2025 M02 20
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları İmişli rayonunda keçirilən Aqrar Biznes Festivalında iştirak ediblər. Tədbirdə institutun fəaliyyəti və həyata keçirilən layihələr haqqında məlumatı əks etdirən stend təqdim olunub. Bununla yanaşı, müxtəlif calaqaltılar o cümlədən, pavloniya bitkisi nümayiş etdirilib. Xüsusi maraqla qarşılanan pavloniya bitkisi, onun faydaları və sənaye əhəmiyyəti haqqında ətraflı məlumat fermerlərə çatdırılıb, tədbir iştirakçıların sualları cavablandırılıb. Festival fermerlər və mütəxəssislər arasında bilik və təcrübə mübadiləsində müstəsna rol oynayır.
Əsas səhifə