Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Zərdabi Elmi Təcrübə Bazasında praktiki təlim təşkil olunub.

2025 M01 13

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Meyvə Bitkilərinin Becərilməsi Texnologiyaları Şöbəsinin böyük elmi işçisi Asif Kərimov tərəfindən fermerlər və mütəxəssislər üçün meyvə bağlarında budama və formavermə mövzusunda praktiki təlim keçirilib. Təlim institutun Zərdabi Elmi Təcrübə Bazasında təşkil olunub. Tədbir zamanı budamanın əsas aqrotexniki tədbirlərdən biri olduğu vurğulanıb, onun əhəmiyyəti izah edilib və budama prosesi əyani şəkildə nümayiş etdirilib.

Əsas səhifə