Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna məktəblilər üçün ekskursiya təşkil edilib.

2024 M12 16

Xaçmaz rayonu Gülalan kənd tam orta məktəbin 7-8-ci sinif şagirdlərinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı məktəblilərə Molekulyar biologiya laboratoriyasının müdiri Aytac Əsgərova tərəfindən institutun fəaliyyət istiqamətləri, tarixi haqqında məlumat verilib və meyvə bağlarının salınması haqqında təlim keçirilib.

Daha sonra şagirdlər torpaq analizinin aparılması qaydaları, göbələk və bakteriyaların təyin olunması, bitkilərin çoxaldılması və yetişdirilməsi üsulları haqqında məlumatlandırılıblar və institutun istixana və laboratoriyalarında əyani olaraq müşahidə ediblər.

Görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanıb, onları maraqlandıran suallar institut əməkdaşları tərəfindən cavablandırılıb.

Əsas səhifə