Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

2025 M02 26

Bu gün Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

İnstitutun direktoru İlham Qaraqurbanlı tədbiri açıq elan edərək Xocalı soyqırımı ilə bağlı təəssüratlarını bölüşüb, dünya alimlərinin mövqelərindən və bu istiqamətdə ümumilli lider Heydər Əliyevin əvəzsiz rolundan bəhs edib. Daha sonra ASİHİB-in sədr müavini Rəşad Eldarov Xocalı faciəsinin tarixi, erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşiliklər və bu hadisənin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər barədə danışıb.

Anım tədbiri çərçivəsində Xocalı soyqırımını əks etdirən videoçarx və fotoşəkillər nümayiş etdirilib. Həmçinin institutun əməkdaşları çıxış edərək faciənin Azərbaycan tarixi üçün nə qədər böyük bir faciə olduğunu vurğulayıblar və bu cür hadisələrin bir daha təkrarlanmaması üçün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd ediblər.

Tədbirin sonunda Xocalı şəhidlərinin əziz xatirəsi bir daha yad edilib.

Əsas səhifə