
"AzBrand" və “Center for agricultural researches of Caspian region” nümayəndələri Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər ediblər.
2025 M03 6
"AzBrand" və “Center for agricultural researches of Caspian region” nümayəndələri Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər ediblər.
Səfər çərçivəsində institutun rəhbər heyəti və mütəxəssisləri ilə görüş keçirilib. Görüş zamanı institutun fəaliyyəti, həyata keçirilən elmi tədqiqatlar, innovativ yanaşmalar və tərəfdaşlıq imkanları müzakirə olunub.
Daha sonra nümayəndələr institutun müxtəlif bölmələri ilə tanış olublar. Səfər zamanı onlar institutun müasir laboratoriyalarına, istixana sahələrinə və tədqiqat məqsədilə yaradılmış təcrübə sahələrinə baxış keçiriblər. Nümayəndələrə institutda aparılan elmi işlər, becərilmə texnologiyaları və kənd təsərrüfatı sahəsində tətbiq olunan yeni metodlar haqqında ətraflı məlumat verilib.
Səfər çərçivəsində tərəflər üçün mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib, kənd təsərrüfatı sahəsində elmi tədqiqatların kommersiyalaşdırılması və innovativ həllərin tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə bildirilib ki, bu səfər hər iki tərəf üçün faydalı olmuş və gələcək əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.
Əsas səhifə