Lerikdən olan fermerlər Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər ediblər

2024 M10 4

Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Lənkəran-Astara İqtisadi rayonunda meyvə-tərəvəz sortlarinin iqlim dəyişikliyinə uyğunlaşdırılması” layihəsi çərçivəsində Lerikdən olan fermerlər Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər ediblər. İnstitutun elmi katibi Zəminə Sərhədova təqdimatla çıxış edərək institut və onun fəaliyyəti haqqında qonaqlara məlumat verib. İstixana kompleksi və laboratoriyalar ilə tanış olan qonaqlar daha sonra Zərdabi ETB-na səfər edərək müasir texnologiyalarla salınan superintensiv fındıq bağına, “Ağıllı bağ”a və müasir texnologiyalar əsasında salınmış tinglik təsərrüfatlarına baxış keçiriblər.

Əsas səhifə