UniClaD layihəsi üzrə yekun beynəlxalq konfrans keçirilib.

2022 M03 8

2 oktyabr 2024-cü il tarixində Azərbaycan Texniki Universitetində (AzTU) "ERASMUS+KA2" proqramı çərçivəsində həyata keçirilən "İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması" layihəsi (UniClaD) üzrə yekun beynəlxalq konfrans keçirilib. Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasının baş elmi işçisi, b.ü.f.d.dosent Aynur Ərəbzadə konfransada iştirak edib. Konfransda İtaliya, İspaniya, Polşa, Litva, Avstriya, Moldova, Ukrayna və Azərbaycanı təmsil edən 20-dən çox ali təhsil və sənaye müəssisələri təmsil olunub. Tədbirdə aqrar sektorun inkişafı və fəaliyyəti, Avropa təcrübəsinin öyrənilməsi baxımından təqdimatlar üzrə çıxışlar olunub.

Əsas səhifə