Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu CGIAR elm həftəsi plenar iclasında iştirak edib.

2025 M04 15

CGIAR (Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqat Mərkəzləri Konsorsiumu) və Keniyanın Kənd Təsərrüfatı və Heyvandarlıq Tədqiqat Təşkilatı (KALRO) tərəfindən Keniyanın Nayrobi şəhərində elmin və innovasiyaların tətbiqi və genişləndirilməsinə həsr olunmuş ilk CGIAR elm həftəsi plenar iclası keçirilib. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun İnnovativ texnologiyalar üzrə direktor müavini Elnur Abdullayev CGIAR elm həftəsi çərçivəsində təşkil olunan plenarda iclasda onlayn formatda iştirak edib.

Tədbir beynəlxalq miqyasda əhəmiyyət daşıyan CGIAR elm həftəsi çərçivəsində təşkil olunub və kənd təsərrüfatı sahəsində müasir texnologiyaların rolu, davamlı inkişaf strategiyaları, innovativ yanaşmalar və beynəlxalq əməkdaşlıq imkanları kimi vacib mövzuları əhatə edib.

Bu, həmçinin maraqlı tərəflər üçün artan qlobal kənd təsərrüfatı problemləri qarşısında kənd təsərrüfatı tədqiqatlarını sürətləndirən yeni investisiya yollarını araşdırmaq üçün bir fürsətdir.

Əsas səhifə