Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndə heyyəti Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər edib.

2025 M01 24

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, şöbə müdiri Elçin Nəsirov və Biotexnologiya mərkəzinin əməkdaşı Elgün Mahmudov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun qonağı olublar. Görüşdə qonaqlar institutun direktoru İlham Qaraqurbanlı və elmi işlər üzrə direktor müavini Sevil Süleymanova ilə bir araya gələrək, institutun fəaliyyəti barədə ətraflı məlumat alıblar.

Qonaqlar elmi tədqiqatların inkişafı və praktiki nəticələrin əldə edilməsi üçün universitet və institut arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi zərurətini vurğulayıblar, institutun kadr hazırlığına dair əməkdaşlıq imkanları müzakirə edilib.

Daha sonra, qonaqlar institutun şöbə və laboratoriyalarının, istixana kompleksinin iş prinsipi ilə tanış olmuş, nümayiş bağları və təcrübə sahələrinə baxış keçiriblər.

Əsas səhifə