
Akdeniz Universitetinin Ziraat fakultəsinin dekanı, professor Mustafa Erkan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər edib.
2025 M03 7
Akdeniz Universitetinin Ziraat fakultəsinin dekanı, professor Mustafa Erkan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər edib.
İnstitutun elmi işlər üzrə direktor müavini Sevil Süleymanova qonaqlarla görüş keçirib. Görüşdə institutun son illərdəki tədqiqat nəticələri və fəaliyyəti barədə məlumat verilib. Professor Mustafa Erkan Mikroklonal çoxaltma laboratoriyası və istixana kompleksinin fəaliyyəti ilə yaxından tanış olub. Görüşdə həmçinin elmi-praktiki əməkdaşlıq imkanları və kadr hazrlığı çərçivəsində təcrübə perspektivləri müzakirə olunub.
Əsas səhifə