
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Ağdaş rayonunda keçirilən Aqrar Biznes Festivalında iştirak edib.
2025 M04 4
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Ağdaş rayonunda keçirilən Aqrar Biznes Festivalında iştirak edib. Festivalda fermerlərə institut tərəfindən yaradılmış və rayonlaşmış bitki sortları, Mikroklonal çoxaltma laboratoriyasında istehsal olunan pavloniya bitkisi, onun faydaları, sənaye əhəmiyyəti, həmçinin ting istehsalının fəaliyyəti və meyvə bitkilərinin calaqaltıları barədə ətraflı məlumat verilib. Belə festivalların keçirilməsi aqrar sektorda irəliləyişlərə nail olmaq üçün çox önəmlidir.
Əsas səhifə