ADPU-nin müəllim və tələbə heyəti Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna ekskursiya ediblər.

2025 M04 22

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin lV kurs tələbələri və onları müşayiət edən müəllim heyəti Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna ekskursiya ediblər. Ekskursiya çərçivəsində mütəxəssislər tərəfindən tələbələrə institutun tarixi, fəaliyyəti və elmi istiqamətləri barədə etraflı məlumat verilib. Ekskursiya zamanı qonaqlar institutun elmi kitabxanasına da baxış keçiriblər. Tələbələr burada aqrar sahə üzrə müxtəlif mövzularda olan zəngin ədəbiyyat fondunu, nadir nəşrləri və elmi jurnalları görmək imkanı əldə ediblər.

Ekskursiyanın əsas məqsədi tələbələrin kənd təsərrüfatı və aqrar elmlərlə bağlı praktiki biliklərini genişləndirmək, elmi-tədqiqat institutunun fəaliyyəti ilə yaxından tanış olmaq və nəzəri biliklərin tətbiqinə şərait yaratmaqdır.

Qonaqlar daha sonra institutun istixana kompleksi və laboratoriyalarının iş prinsipi ilə tanış olublar. Ekskursiya zamanı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, a.e.ü.e.d., dosent Ələddin Sadıqov bələdçilik edərək tələbələrin ünvanladıqları sualları ətraflı şəkildə cavablandırıb.

Ekskursiya tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Əsas səhifə