Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

2025 M03 7

Bu gün Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda ASİHB-nin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbiri ASİHİB-in sədr müavini Rəşad Eldarov açaraq qadınları bu əlamətdar gün münasibətilə təbrik edib, onların cəmiyyətin inkişafındakı əvəzsiz rolunu vurğulayıb. İnstitutun istehsalat üzrə direktor müavini Ruslan Hüseynov əməkdaşları təbrik edərək cəmiyyətin sosial və iqtisadi inkişafında qadınların rolundan bəha edib. Daha sonra elmi işlər üzrə direktor müavini Sevil Süleymanova çıxış edərək təbrikləri qəbul edib və öz növbəsində əməkdaşlara xoş arzularını ifadə edib.

Tədbirdə institut əməkdaşları da çıxış edərək qadınları təbrik edib, onların elmi və peşəkar fəaliyyətinə, ailə və cəmiyyət üçün göstərdikləri fədakarlığa görə minnətdarlıqlarını bildiriblər.

Sonda institutun qadın əməkdaşlarına hədiyyələr verilib.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu kollektivi adından bütün qadınları 8 Mart-Qadınlar günü münasibətilə təbrik edirik!

Əsas səhifə