
20 Yanvar Şəhidlərinin Əziz Xatirəsinə...
2025 M01 17
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
İnstitutun direktoru İlham Qaraqurbanlı və ASİHİB-in sədri Arzu Əmirova tədbiri açıq elan edərək, 20 Yanvar şəhidlərinin vətənə olan misilsiz xidmətlərindən danışıblar. Tədbirdə faciəni əks etdirən videoçarx və fotoşəkillər nümayiş olundu, institut əməkdaşlarının çıxışları ilə şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb.
Ruhunuz şad olsun, qəhrəmanlarımız! Vətən sizi unutmayacaq!
Əsas səhifə