menu
Elanlar

16 iyul 2019-cu il tarixində Ferrero şirkətinin nümayəndəsi Domeniko Manfredi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər edib.

 16 iyul 2019-cu il tarixində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov və institutun bir qrup əməkdaşları Ferrero şirkətinin nümayəndəsi Domeniko Manfredi ilə görüşüblər. Görüşdə ilk növbədə Ferrero şirkəti ilə yaradılan əlaqələrin genişləndirilməsi və yeni birgə həyata keçiriləcək layihənin ilk planı müzakirə olunub.

 İnstitutun direktoru İlham Qurbanov bildirib ki, Azərbaycanda fındıqçılıq sahəsinin inkişafı üçün yeni texnologiya ilə bağların salınmasına ehtiyac var. Bu il şimal bölgəsində ilkin olaraq 30 hektar ərazidə yeni texnologiya ilə fındıq bağının salınması nəzərdə tutulub.

 Fındıq becərilən rayonlarda fermerlər üçün yeni texnologiyaların təqdimatı keçiriləcək, informasiya-məsləhət xidməti göstəriləcək. Maarifləndirmə prosesinə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəsissləri, yerli özəl sahibkarlar, o cümlədən Ferrero şirkətinin fındıqçılıq üzrə ekspertləri təlimçi qismində cəlb ediləcək.