menu
Elanlar

Aqroservizin xidmətləri

1. Bağların aqrotexniki xəritəni hazırlanması.

2. Yeni bağların salınması.

3. Bar verən bağlara aqrotexniki xidətin kompleks şəkildə aparılması:
       Sahənin birinci və ikinci dəfə şumlanması;
       Mineral və orqanik gübrələrin verilməsi;
       Torpağın alaq otlarından təmizlənməsi
       Suvarılması;
       Zərərvericilərə garşı mübarəzi və dərmanlanması;
       Cərgəarası kultivasiyanın aparılması.

4. Köhnə ağacların dəyişdirilməsi və bağın təmiri.

5. Əkin vaxtını təyin edilməsi. 6. Bağın salınması. Sahədə bağ salmaq məqsədi ilə ölçü işləri aparılır, sərnələr ayrılır və plan əsasında bölgü aparılıb çalalar qazılır.

7. Gübrələmə. Hər bir meyvə bağına tətbiq olunacaq gübrə norması bağın torpağının qida elementləri ilə təmin olunma dərəcəsindən, cərgə aralarında torpağın saxlanma sistemindən, torpağın nəmlənmə dərəcəsindən, becərilən sortun bioloji xüsusiyyətlərindən, ağacların əkin sxemindən və planlaşdırılan meyvə məhsulunun miqdarından aslı olaraq seçilir

8. Meyvə bitkisinin qida elementləri ilə təmin olunmasına nəzarət, hər bir bağ üçün 4-5 ildə bir dəfə torpaq və yarpaq analizlərinin aparılması ilə həyata keçirilir.

9. Formavermə və budama.Meyvə ağacına forma verilməsində əsas məqsəd onu tezliklə bar vermə dövrünə keçməyə məcbur etmək və hər il yüksək məhsul götürməyə nail olmaqdan ibarətdir.

10. Xəstəliklərlə mübarizə. Azərbaycanda tumlu meyvə bitkilərində dəmgil, qara xərçəng, pas, septorioz, unlu şeh, bakterial xərçəng, ağaclarda yanıq və sair xəstəliklər geniş yayılmışdır. Xəstəliklərlə mübarizə məqsədi ilə aqrotexniki tədbirlər tam yerinə yetirilməli, budama vaxtında aparılmalı. vegetasiyanın sonunda xəstəliyə yoluxmuş bitki qalıqları məhv edilməli, yarpaq töküləndən sonra qış infeksiya mənbəyini məhv olunmalıdıt.

11. Zərərvericilərlə mübarizə. Tumlu meyvə bitkilərinin əsas zərərvericiləri olan alma meyvəyeyəni, alma güvəsi, müxtəlif mənənələr, kaliforniya yastıcası və s. qarşı aqrotexniki və kimyəvi mübarızə tədbirlərindən istifadə olunması zəruridir.

12. Landşaft dizaynı və dekorativ bitkilərin əkilməsi.